CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zakir Həsənov: “Hər an döyüşə başlaya bilərik”

© AR Ministry of DefenseZakir Həsənov cəbhə bölgəsində yerləşən zirehli texnikaların döyüş hazırlığını yoxlayıb
Zakir Həsənov cəbhə bölgəsində yerləşən zirehli texnikaların döyüş hazırlığını yoxlayıb - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan müdafiə naziri Aprel zəfəri barədə danışıb

BAKI, 4 aprel — Sputnik. "Azərbaycan Ordusunun kiçik bir hissəsi 2016-cı ilin aprelində 3 gündə Ermənistan ordusunu darmadağın etdi". Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov "AzTV"-yə müsahibəsində bildirib.

Azərbaycan hərbçiləri Pakistanın “Milli Günü”nə həsr olunmuş hərbi paradda iştirak edib - Sputnik Azərbaycan
Zakir Həsənov Pakistanda hərbi paradı izləyib

"Dördüncü gün ermənilər bütün gücünü bir istiqamətdə toplayaraq hücuma keçmək istədilər. Orada da bir nəticə əldə edə bilmədilər. Əksinə, məğlubiyyətə uğradılar. Onlarda heç bir güc yox idi. Bu da təbii idi. Çünki istər demoqrafik, istər iqtisadi, istərsə də hərbi baxımdan Azərbaycanla ayaqlaşa bilmirlər" - müdafiə naziri vurğulayıb.

Nazir qeyd edib ki, Azərbaycan aprel döyüşlərində cəmi bir tank itirib, o da minaya düşüb: "Biz onu bərpa etmişik. Ermənilər isə 33 tank itiriblər. Azərbaycan 1 top itirib. Onların 15 topunu məhv etmişik. Aprel döyüşlərində düşmənin 300-dən çox şəxsi heyəti məhv edilib, 1000-ə yaxın yaralıları oldu. Bizdə olan məlumata görə, onlardan 500-dən çoxu ağır yaralanıb. Bütövlükdə, aprel döyüşləri Ermənistan üçün dağıdıcı oldu".

Zakir Həsənovun sözlərinə görə, aprel döyüşləri nəticəsində Ermənistan dövlətçiliyi çöküb: "Azərbaycan Ordusu isə aprel döyüşləri nəticəsində döyüş təcrübəsini və vətənpərvərlik ruhunu daha da yüksəltdi. Keçən dəfə ön xətdəki posta getmişdim. Orda 30 hərbçimiz xidmət edir. Təsəvvür edin, 30 nəfərdən 27-si mənə müraciət etdilər ki, həqiqi hərbi xidmət müddəti bitəndən sonra orduda qalıb xidmətlərini davam etdirmək istəyirlər".

Müdafiə naziri vurğulayıb ki, aprel döyüşləri ermənilərlə tarixi qarşıdurmanın bir hissəsidir: "Erməni xalqı yüz illərlə digər imperiyaların əlində alət olaraq türk millətinə və müsəlmanlara qarşı soyqırımlar törədib. Biz bu tarixdən nəticə çıxarmalı, onu unutmamalı və xalqımızı, millətimizi, Vətənimizi və ana-bacılarımızı müdafiə etməliyik".

Zakir Həsənov qeyd edib ki, ordunun döyüş hazırlığını yüksəltmək üçün son məhdudiyyət yoxdur: "Dövlətimiz ordunun döyüş hazırlığını yüksək səviyyədə saxlamaq üçün əlindən gələni edir. Bu gün mindən çox silah istehsal edən "Azərsilah" Azərbaycan Ordusunu silahla tam təchiz edir. Artıq bizim silahla təminat baxımından heç bir qayğımız yoxdur və olmamalıdır da. Çünki biz öz torpaqlarımızı işğaldan azad etmək üçün hər an döyüşlərə başlaya bilərik".

O bildirib ki, Azərbaycan Ordusunun silah-sursatla bağlı heç bir problemi yoxdur: “Biz hər an döyüşlərə başlaya bilərik. Çünki biz silah-sursatla tam təmin olunuruq. Bizdə yüksək səviyyədə hazırlanmış silahlar, pilotsuz uçan aparatlar var. Mindən çox çeşiddə silah-sursat mövcuddur”.

Z.Həsənov vurğulayıb ki, 2016-cı ilin aprelində Ermənistanın bütün ordusu ilə Azərbaycan Ordusunun yalnız 20 faizi döyüşüb: “Mən tez-tez ön xətdə hərbçilərlə görüşür və onların problemlərini, müraciətlərini dinləyirəm.

Genişmiqyaslı təlimlərin yekununa dair səyyar kollegiya iclası keçirilib - Sputnik Azərbaycan
Zakir Həsənov generalları toplayıb
 Biz hər üç aydan bir “Açıq qapı” günü elan edirik və valideynlər öz əsgər övladları ilə görüşür, onların hərbi hissələrdəki vəziyyəti ilə tanış olurlar. Biz heç nəyi gizlətmirik. Bəzən yalan informasiyalar yayırlar ki, guya hərbi hissələrdə əsgərlər çətin şəraitdə yaşayırlar. Mən bu yalanları yayanlara demək istəyirəm ki, yalanın ömrü qısa olur. Çünki valideynlər övladlarının necə şəraitdə yaşadığını görür və onları aldada bilməzsiniz. Azərbaycan dövləti ordumuzun döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün çox böyük vəsaitlər sərf edir. Bu da Azərbaycanın güclü iqtisadiyyatından asılıdır”. 

“Biz indiki vaxtda müharibə şəraitində olan dövlətlərin təcrübəsindən istifadə edirik. Biz döyüş hazırlığında Türkiyənin təcrübəsindən istifadə edirik. Çünki qardaş ölkənin bu sahədə böyük təcrübəsi var”,- müdafiə naziri əlavə edib.

“Aprel döyüşləri zamanı Ermənistan səfərbərlik elan etmişdi. Yerevandan qoca kişilər Qarabağa yollanırdılar. Amma heç gəlib Qarabağa çıxa bilmədilər” - deyə Zakir Həsənov müsahibəsində bildirib.

O vurğulayıb ki, aprel döyüşləri zamanı ön xətdə generallar da döyüşüb: “Təbii ki, bizim üçün hər bir şəhid əzizdir, amma bizim başqa yolumuz yoxdur, Vətənimizi müdafiə etməliyik. Aprel döyüşləri zamanı ön xəttə generallar da gedirdi. Biz yaralı zabitlərin döyüşü tərk etməməsi ilə bağlı görüntüləri adətən filmlərdə izləmişdik. Bizim ordumuzda bununla bağlı nümunələr var. 2-3 dəfə yaralanmış zabitlərimiz döyüşü tərk etməyiblər. Söhbət bizim işğaldan azad etdiyimiz ərazinin sahəsindən getmir. Təbii ki, Vətənin hər bir qarış torpağı bizim üçün müqəddəsdir. Burada əsas olan odur ki, iki ordu üz-üzə gəldi və Ermənistan ordusu darmadağın oldu”.

“Aprel döyüşlərinin əsas nəticəsinə əsasən, Ermənistan ordusu darmadağın oldu, Azərbaycan ordusu daha bir təcrübəyə yiyələndi və xalqımız arasında vətənpərvərlik hissi güclənməyə başladı. Azərbaycan ordusunda həyata keçirilən islahatların nəticəsi olaraq, orduda nizam-intizam və vətənpərvərlik ruhu artdı” - müdafiə naziri əlavə edib.

Xəbər lenti
0