BAKI, 4 aprel — Sputnik. Bakıda itkin düşmüş azyaşlı qız polis əməkdaşları tərəfindən aşkarlanıb.
Sputnik Azərbaycan-ın Trend-ə istinadla məlumatına görə, ötən gün Nəsimi rayonu 3-cü mikrorayon ərazisində itkin düşmüş uşağa polis əməkdaşları yardım edərək onu Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə təhvil veriblər.
Mərkəzdən verilən məlumata görə, Məryəm adlı uşağın 6 yaşı var.
Azyaşlının dilənçiliyə cəlb edilməsi versiyası istisna edilmir.