CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Keçməsəm də, çox xoşbəxt idim” – Xanım Əhmədiyeva “Sən Supersən!” müsabiqəsi haqqında

Abunə olmaq
“Sən supersən!” vokal müsabiqəsinin iştirakçısı Xanım Əhmədiyeva öz təəssüratlarını bölüşdü

NTV kanalında yayımlanan “Sən supersən!” vokal müsabiqəsinin super-mövsümünün azərbaycanlı iştirakçısı Xanım Əhmədiyeva Moskvada böyük səhnədə çıxışı haqqında təəssüratlarını bölüşüb.

“Sən supersən!”də xalq mahnısı Əhmədiyevanın ifasında  - Sputnik Azərbaycan
VİDEO
“Sən supersən!”də xalq mahnısı Əhmədiyevanın ifasında

Gənc müğənni orada qaldığı müddət ərzində çox xoşbəxt olduğunu deyib. 14  yaşlı Xanıma növbəti mərhələdə iştirak etmək nəsib olmasa da, münsiflər heyətinin dördünün də düyməni basması onun üçün daha önəmli olub.

Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən konfransa Xanımı dəstəkləmək üçün məşhur estrada ifaçısı Aygün Tağıyeva da gəlib. Onlar birgə duet də ifa ediblər.

Rusiyanın NTV telekanalı və “Sputnik” Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun “Sən supersən!” layihəsi valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlara bacarıqlarını nümayiş etdirməyə imkan yaradır. "Sən supersən!" layihəsində MDB ölkələrindən, o cümlədən Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna və Estoniyadan uşaqlar iştirak edir.

Xəbər lenti
0