Gözlənilən cavab: Ankara Birləşmiş Ştatları hörmətsizlikdə günahlandırdı

© AP Photo / Lefteris Pitarakis Türkiyə prezidenti Rəsəb Tayyib Ərdoğan bələdiyyə seçkilərinin nəticəsini elan etdikdən sonra tribunadan gedir
 Türkiyə prezidenti Rəsəb Tayyib Ərdoğan bələdiyyə seçkilərinin nəticəsini elan etdikdən sonra tribunadan gedir - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Robert Palladino Türkiyə rəhbərliyini bələdiyyə seçkilərinin nəticələrini tanımağa çağırıb

BAKI, 3 aprel — Sputnik. Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın bu ölkənin rəhbərliyinin bələdiyyə seçkilərinin nəticələrini tanımaq çağırışına reaksiya verib. Sputnik Azərbaycan xəbər verir ki, Türkiyə XİN-in saytında qurumun rəsmi sözçüsü Hami Aksoyun adından bəyanat yerləşdirilib.

"Heç bir dövlət demokratiya çərçivəsindən kənara çıxmaq və digər ölkələrdə seçki prosesinə qarışmaq hüququna malik deyil", - deyə Hami Aksoy bildirib.

Onun sözlərinə görə, Türkiyədə seçkilər demokratik və şəffaf şəkildə keçirilib.

Arzu Nağıyev - Sputnik Azərbaycan
Ərdoğanın partiyası böyük şəhərlərdə niyə uduzdu - politoloq şərh edir

"Bütün tərəfləri Türkiyədə siyasi güclər arasında demokratik və hüquqi mübarizəyə hörmət etməyi çağırırıq", - deyə bəyanatda vurğulanır.

Qeyd edək ki, daha əvvəl ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Robert Palladino Türkiyə rəhbərliyini bələdiyyə seçkilərinin nəticələrini tanımağa çağırıb.

Xatırladaq ki, martın 31-i Türkiyədə bələdiyyə seçkiləri keçirilib.

Ümumi olaraq, seçkilərdə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) və Millətçi Hərəkat Partiyası (MHP) formalaşdırdığı Cumhur İttifaqı 51,62% səs (AKP - 44,32%, MHP – 7,31%), toplayaraq əsas rəqibi Cümhuriyyət Xalq Partiyası (CHP) və İYİ Partiyasının formalaşdırdığı Millət İttifaqından (37,56% – CHP – 30,11%, İYİ – 7,45%) üstün olub. Lakin əldə olunan bu üstünlüyə baxmayaraq, hakim partiya İstanbul, Ankara, İzmir, Antalya, Adana kimi böyük şəhərlərdə bələdiyyə sədrliyini qazana bilmədi.

Qeyd edək ki, AKP 90-cı illərin ortalarından mütəmadi olaraq Ankara və İstanbul kimi böyük şəhərlərə nəzarət edir və bu şəhərləri itirmək onun üçün əsl sürpriz oldu. Əgər seçkilərə qədər hakim partiya Türkiyədə olan 81 bələdiyyədən 49-una nəzarət edirdisə, son seçkilərdə partiya cəmi 41 bələdiyyə üzrə qalib gəlib.

Xəbər lenti
0