“Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticələri növbəti seçkilərin nəticələrinə təsir göstərəcək”. Bunu Sputnik Azərbaycan açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Politoloq bildirib ki, Türkiyədə hər zaman olduğu kimi bu dəfə də seçkilər gərgin şəraitdə keçib: “Bələdiyyə seçkilərində qalib gələn partiya çalışır ki, növbəti prezident və parlament seçkiilərində də uğurunu davam etdirsin. Türkiyədə bələdiyyə seçkilərinin gərgin keçməsinin bir səbəbi də bələdiyyələrin malik olduğu geniş səlahiyyətlərə görədir. İndiki bələdiyyə seçkiləri göstərdi ki, müxalifət partiyaları Türkiyə daxili siyasətində daha mütəşəkkil təmsil oluna bilərlər. Seçkilərin bu cür nəticələnməsi hakim partiyanın daxilində də islahatların aparılması ilə nəticələnə bilər. Ancaq bunların nə ilə nəticələnəcəyini zaman göstərəcək”.
Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası (AKP) bir sıra böyük şəhərlərdə məğlubiyyətlə üzləşib.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz