Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzində məşhur azərbaycanlı rəssam Günay Mehdizadənin yaradıcılıq fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev rəssamın yaradıcılıq fəaliyyətindən danışıb.
O bildirib ki, hər sahədə olduğu kimi, incəsənətdə də tarixən yeniliklə ənənəviliyin mübarizəsi mövcuddur: “Biz hər zaman çalışırıq ki, qədim incəsənət ənənələrimizi dünyada təbliğ edək, tanıdaq. Günay Mehdizadənin yaradıcılığı bu baxımdan çox qiymətlidir. Düşünürəm ki, məni onun yaradıcılığına cəlb edən əsas amil ənənələrə qayıdışı hiss etməyimdir. Onu da bildirim ki, müasir dövrün incəsənətini yaratmaqla müasir incənəti yaratmaq arasında böyük fərq var. Mən gənclərin ənənəyə qayıdışını dəstəkləyirəm”.
Ziyadxan Əliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz