Tədbirdə Əməkdar müəllim, kulturologiya üzrə fəlsəfə doktoru Hicran Sadıqzadə, Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev, “Yaraq” müasir incəsənət məkanının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Hökümə Kərimova, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyində Mədəniyyət və Turizm sahəsi üzrə müşavir İrfan Çiftçi və digər ictimai xadimlər iştirak ediblər.
Qonaqlar Günay Mehdizadənin Azərbaycanın klassik incəsənət dəyərləri ilə müasir yanaşmanın vəhdətinə nail olduğunu, 20 illik yaradıcılığı ərzində bir çox ölkədə uğurlu layihələri, Atatürkün ev muzeyində nümayiş etdirilən yeganə portretin onun qələminə aid olduğu və onun kuratorluğu altında aprelin ortalarında Türkiyədə gözlənilən Nəsiminin 650 illiyinə həsr edilən tamaşası haqqında ağızdolusu danışıblar.
Bu tamaşada iştirak edəcək gənclər isə auditoriya üçün balaca səhnəcik nümayiş etdiriblər.