CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı İsveçdə vəzifəyə seçildi

CC0 / Remocean / StockholmStokholmdan bir görünüş
Stokholmdan bir görünüş - Sputnik Azərbaycan
Abunə olmaq
Leyla Kianiyə vəzifə verildi

 

BAKI, 3 aprel — Sputnik. İsveç Krallığında yaşayan Azərbaycan diasporunun tanınmış təmsilçisi və lobbiçisi, Stokholm bələdiyyəsinin dövlət qulluqçusu Leyla Kiani vəzifəyə seçilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu haqda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin "Facebook" hesabında məlumat paylaşılıb.

Məlumatda qeyd olunub ki, həmyerlimiz 5 müsahibədən, imtahandan, psixoloji və İQ testlərindən uğurla keçərək Stokholm şəhəri Östermalm, Norrmalm və Kunqsholm birləşmiş bələdiyyəsinin sosial şöbəsində şöbə rəisi vəzifəsinə təyin olunub.

Xəbər lenti
0