Yüz milyondan artıq insan hər an ölə bilər

© AFP 2024 / AHMAD AL-BASHAЖенщина держит ребенка, страдающего от недоедания, фото из архива
Женщина держит ребенка, страдающего от недоедания, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
FAO-nun fövqəladə hallar üzrə direktoru Dominik Burgeon hesab edir ki, qıtlığın sərhədində olan ölkələrdə əhalinin təxminən 80%-i əkinçiliklə məşğuldur

BAKI, 3 aprel — Sputnik. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) müharibələr və iqlim dəyişikliyinin səbəb olduğu fəlakətlərə görə 53 ölkədə 113 milyondan çox insanın kəskin aclıqla yaşadığını bildirib. Bu barədə Sputnik Azərbaycan-a BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Bakı ofisindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, FAO-nun ərzaq böhranına dair hazırladığı 2019-cu il qlobal hesabatına görə, dünya əhalisinin üçdə ikisi aclıq təhlükəsinə məruz qalır. Bu insanların əksəriyyəti Yəmən, Demokratik Konqo Respublikası, Əfqanıstan və Suriya kimi, müharibə ilə üzləşən ölkələrdə yaşayır.

Kreker. Arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Üç qida sizin aclıq hissinizi tamamilə yox edir

Afrika ölkələri də FAO-ya görə bu problemdən nisbətsiz bir şəkildə təsirlənir. Qitədəki, təxminən, 72 milyon insan kəskin aclıqla yaşayır. Hesabata görə, qarşıdurmalar və təhlükəsizlik bunun əsas səbəbləri olsa da, iqtisadi silkələnmə və iqlim dəyişikliyinə bağlı quraqlıq və sel kimi, faktlar da mühüm dərəcədə təsir göstərir.

FAO-nun fövqəladə hallar üzrə direktoru Dominik Burgeon hesab edir ki, qıtlığın sərhədində olan ölkələrdə əhalinin, təxminən 80%-i əkinçiliklə məşğuldur. Burgeon bu ölkələrin həm təcili humanitar yardıma, həm də kənd təsərrüfatını dəstəkləməyə kömək edəcək tədbirlərə ehtiyacı olduğunu deyir. O, Venesuelada davam edən siyasi böhrana da diqqət çəkərək, yarana biləcək ərzaq böhranı barədə xəbərdarlıq edib.

Hesabat qlobal səviyyədə aclıqla bağlı çox az bir yaxşılaşma olduğunu da göstərir. Belə ki, 2017-ci ildə 124 milyon insan kəskin aclığa məruz qalıb, hesabat bu rəqəmin, az da olsa, azaldığını göstərir.

Ancaq FAO yenə də davam edən böhranlar nəzərə alındıqda 100 milyon insanın aclıqla üzləşdiyinə dair illərdir davam edən vəziyyətin dəyişməsinin mümkünsüz olması barədə xəbərdarlıq edir.

Xəbər lenti
0