BAKI, 3 aprel - Sputnik. Bakının mərkəzində əcnəbi turist ölüb. ONA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, İçərişəhər, Müslüm Maqomayev küçəsində qeydə alınıb.
İraq vətəndaşı, 1965-ci il təvəllüdlü Rafed Abulzahrah Laftah Aldulaimi küçədə qəfildən ölüb.
Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, meyitin xarici müayinəsi aparılıb və müvafiq ekspertizalar təyin edilib.
Meyitin xarici müayinəsi zamanı onun üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.
Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.