FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

"Nəsimi", "Babək", "Koroğlu" filmlərinin çəkildiyi qalanın sirri

Abunə olmaq
"Nəsimi", "Babək", "Koroğlu" filmlərinin çəkildiyi qaladan reportaj.

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 2 aprel — Sputnik. Abşeron yarımadasının mərkəzində yerləşən Ramana qəsəbəsinə yaxınlaşanda təpənin üstündəki tikili diqqəti cəlb edir. Uzun müddət idi ki, qala haqqında yazmaq istəyirdik. Eşitmişdik ki, qala restavrasiya edilsə də, daxilində təmir işləri aparılmayıb. Bu səbəbdən də yolumuzu Ramana qəsəbəsindən saldıq.

Təpənin üstündəki tikiliyə yaxınlaşan zaman qarşında qalın divarlarla əhatəyə alınmış bir qalanın dayandığı görünür. Qalanın qapısına qəsəbə sakinləri tərəfindən qıfıl vurulub. İçəri daxil olub, qalanın daxilini görmək üçün qonşulara müraciət etmək lazımdır. Havanın küləkli olmasına baxmayaraq, qonşuluqda yaşayan qadın xahişimizi yerə salmadı, gəlib qalanın qapısını açdı. Dediyinə görə, qapısına qıfıl vurmaqda məqsəd qalanı təmiz saxlamaqdır.

Beyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şərqin qədim şəhərlərindən biri – sirli Beyləqan

Qalaya qalxmaq üçün qalanın daxilindəki burma pilləkəndən istifadə etmək lazımdır.  Ancaq ikinci mərtəbədə qalanın döşəməsi dağıldığından yuxarıya qalxmaq mümkün deyil. Ancaq qəsəbə sakinləri buna da bir “çıxış yolu” tapıblar. Belə ki, dəmir boruların üzərində taxtadan keçid qurublar. Yuxarı mərtəbələrə qalxmaq üçün, təhlükəli olsa belə, bu taxta keçiddən keçmək lazımdır. 

Bizə bələdçilik edən tədqiqatçı Faiq Nəsibov qala haqqında ətraflı məlumat verdi: “Ramana kəndindəki qəsr Mərdəkandakı qəsr kimi qayalıqda yerləşir. Ramana qalası XIV əsrdə tikilib. Müvəqqəti sığınacaq kimi nəzərdə tutulub. Plan və memarlıq həlli üsullarına görə Ramana qəsri digər Abşeron qəsrləri ilə olduqca oxşardır. Memar qalanın tikilməsi üçün çox müvəffəqiyyətli bir yer seçib. Qalanın təpənin dik yamacında olması ona yaxınlaşmağı məhdudlaşdırmaqla yanaşı onu hakim mövqedə saxlayır".

Tədqiqatçının sözlərinə görə, süxurlar üzərindəki işarələrə və çuxurlara nəzərə salsaq, ərazinin Tunc dövrünə aid olduğunu müəyyən edə bilərik. “Qala zamanla dağıntıya məruz qalıb. Və buna görə də 1956-cı ildə restavrasiya edilib. Kompozisiya baxımından Ramana kəndindəki qala bütün Abşeron strukturlarına xas olan ümumi prinsiplərə əsasən qurulub. Qala, həyət və divarların yerləşdiyi yer çoxbucaqlı bir formaya malikdir”.

F.Nəsibovun dediyinə görə, qalanın restavrasiyadan sonra hündürlüyü 18 metrə çatır:

“Qala daxildən 4 hissəyə bölünüb. Bunlardan ilk və sonuncu hissələr daş tağlarla hörülüb. Aralıq iki mərtəbə isə qədimdə döşəmə ilə bağlı olub. Sonradan bu döşəmələr sıradan çıxıb və qalanın restavrasiyası zamanı da bərpa edilməyib. Mərtəbələrə aparan pilləkənlər qala divarının içində salınıb”.

Tovuzlular Xıdır Nəbi bayramını qeyd edir - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu bölgəmizdə xalqımızın qədim bayramını böyük şövqlə qeyd etdilər

Tədqiqatçının sözlərinə görə, birinci mərtəbədə yalnız bir giriş qapısı var. Sonrakı mərtəbələrdə isə divarlarda dar oyuqlar mövcuddur. Oyuqlar qalanı işıqlandırmaq məqsədilə açılıb. Qala müdafiə və hücumlar zamanı ağır əşyaların atılması üçün bir kəmərlə əhatəyə alınıb. 

Digər tədqiqatçı Vahid Şükürov isə qeyd etdi ki, qala Şirvanşahlar dövründə tikilib. Ehtimallara görə, az qüvvə ilə düşmənə qalib gəlmək üçün xəbərləşmək məqsədilə bu müşahidə qalalarına ehtiyac olub. Gözlənilməyən bir vaxtda yeraltı keçidlərlə çıxaraq düşməni məhv edirmişlər. Onun fikrincə, Şirvanşahlar VIII əsrdə İslam dinini qəbul etsələr də, köhnə inanclarından - bütpərəstlikdən əl çəkməyiblər. Buna görə də onlar qayaların üzərində “kapmarklar” (fincan oyuqları) oyurmuşlar. Bu, ruhları sevindirmək üçün nəzərdə tutulubmuş. Həmin oyuqlara isə süd və şirniyyat qoyurmuşlar.

V.Şükürovun ehtimallarına görə, qalalar keçmiş məbəd yerlərində tikilirmiş: “Bütün Abşeron qalalarının ətrafında, hətta qəbir daşlarının üzərində də belə oymalar var. Həmin inancın kökləri bütün dünyada yayılıb. Belə oymalar Türkiyədə, Yunanıstanda, İrlandiyada tapılıb. Dünya alimlərinin fikrincə, həmin din eramızdan 10-12 min il əvvələ təsadüf edir”.

Qeyd edək ki, "Koroğlu" filminin çəkilişləri zamanı Bülbül öz ariyasını bu qalanın fonunda ifa edib. Qaladan, eyni zamanda "Nəsimi" və "Babək" filmlərinin çəkilişləri zamanı da istifadə edilib.

© Sputnik / Irade JELILRamana qalası
Ramana qalası - Sputnik Azərbaycan
1/27
Ramana qalası
© Sputnik / Irade JELILRamana qalası
Ramana qalası - Sputnik Azərbaycan
2/27
Ramana qalası
© Sputnik / Irade JELILRamana qalası
Ramana qalası - Sputnik Azərbaycan
3/27
Ramana qalası
© Sputnik / Irade JELILRamana qalası
Ramana qalası - Sputnik Azərbaycan
4/27
Ramana qalası
© Sputnik / Irade JELILRamana qalası
Ramana qalası - Sputnik Azərbaycan
5/27
Ramana qalası
© Sputnik / Irade JELILRamana qalası
Ramana qalası - Sputnik Azərbaycan
6/27
Ramana qalası
© Sputnik / Irade JELILRamana qalası
Ramana qalası - Sputnik Azərbaycan
7/27
Ramana qalası
© Sputnik / Irade JELILRamana qalası
Ramana qalası - Sputnik Azərbaycan
8/27
Ramana qalası
© Sputnik / Irade JELILRamana qalası
Ramana qalası - Sputnik Azərbaycan
9/27
Ramana qalası
© Sputnik / Irade JELILRamana qalası
Ramana qalası - Sputnik Azərbaycan
10/27
Ramana qalası
© Sputnik / Irade JELILRamana qalası
Ramana qalası - Sputnik Azərbaycan
11/27
Ramana qalası
© Sputnik / Irade JELILRamana qalası
Ramana qalası - Sputnik Azərbaycan
12/27
Ramana qalası
© Sputnik / Irade JELILRamana qalası
Ramana qalası - Sputnik Azərbaycan
13/27
Ramana qalası
© Sputnik / Irade JELILRamana qalası
Ramana qalası - Sputnik Azərbaycan
14/27
Ramana qalası
© Sputnik / Irade JELILFaiq Nəsibov
Faiq Nəsibov - Sputnik Azərbaycan
15/27
Faiq Nəsibov
© Sputnik / Irade JELILRamana qalası
Ramana qalası - Sputnik Azərbaycan
16/27
Ramana qalası
© Sputnik / Irade JELILRamana qalası
Ramana qalası - Sputnik Azərbaycan
17/27
Ramana qalası
© Sputnik / Irade JELILRamana qalası
Ramana qalası - Sputnik Azərbaycan
18/27
Ramana qalası
© Sputnik / Irade JELILRamana qalası
Ramana qalası - Sputnik Azərbaycan
19/27
Ramana qalası
© Sputnik / Irade JELILRamana qalası
Ramana qalası - Sputnik Azərbaycan
20/27
Ramana qalası
© Sputnik / Irade JELILRamana qalası
Ramana qalası - Sputnik Azərbaycan
21/27
Ramana qalası
© Sputnik / Irade JELILRamana qalası
Ramana qalası - Sputnik Azərbaycan
22/27
Ramana qalası
© Sputnik / Irade JELILRamana qalası
Ramana qalası - Sputnik Azərbaycan
23/27
Ramana qalası
© Sputnik / Irade JELILRamana qalası
Ramana qalası - Sputnik Azərbaycan
24/27
Ramana qalası
© Sputnik / Irade JELILRamana qalası
Ramana qalası - Sputnik Azərbaycan
25/27
Ramana qalası
© Sputnik / Irade JELILRamana qalası
Ramana qalası - Sputnik Azərbaycan
26/27
Ramana qalası
© Sputnik / Irade JELILRamana qalası
Ramana qalası - Sputnik Azərbaycan
27/27
Ramana qalası
Xəbər lenti
0