CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AZAL-dan borc səbəbindən ölkəni tərk edə bilməyənlərə xoş xəbər

© © Пресс-служба AZALЭлектронные киоски юстиции в Международном аэропорту Гейдар Алиев
Электронные киоски юстиции в Международном аэропорту Гейдар Алиев - Sputnik Azərbaycan
Abunə olmaq
Heydər Əliyev Aeroportunda quraşdırılmış Elektron Ədliyyə Köşkləri vasitəsilə borcun olub-olmaması barədə məlumatı dəqiqləşdirib, onu yerindəcə ödəmək imkanı əldə edəcək

BAKI, 2 aprel — Sputnik. Artıq mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxslərin Azərbaycandan çıxışına qoyulmuş məhdudiyyətləri tez bir zamanda öyrənib, Heydər Əliyev Aeroportundakı qoyulmuş Elektron Ədliyyə Köşkləri vasitəsilə ödəmək mümkün olacaq.

Bu barədə Sputnik Azərbaycan-a “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) bildirilib.

İstanbul Grand Airport - İstanbulun yeni hava limanı - Sputnik Azərbaycan
İstanbula uçan AZAL sərnişinlərinin nəzərinə

Məlumata görə, hər vətəndaş Heydər Əliyev Aeroportunda quraşdırılmış Elektron Ədliyyə Köşkləri vasitəsilə borcun olub-olmaması barədə məlumatı dəqiqləşdirib, onu yerindəcə ödəmək imkanı əldə edəcək.

Vətəndaşın adı "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na Ədliyyə, Daxili İşlər, Fövqəladə Hallar, Vergilər, Müdafiə nazirlikləri, Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Dövlət Gömrük Komitəsinin tələbi ilə salınır.

Ədliyyə Nazirliyinin 2016-cı ildə istifadəyə verdiyi onlayn xidmət şəxsə ölkədən çıxış qadağasının olub-olmadığını öyrənməyə imkan verir, amma bu xidmət təkcə borcluları əhatə edir.

Daxili İşlər Nazirliyi də 2017-ci ildə eyniadlı elektron xidmət istifadəyə verib və bu xidmət də ancaq mülki-hüquqi öhdəlikləri olanları əhatə edir.

Xəbər lenti
0