BAKI, 31 mart — Sputnik. Tovuzda 4 yaşlı uşaq yanıq xəsarətləri alıb.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib. Kənd sakini, 2015-ci il təvəllüdlü F.Əkbərov yaşadığı evdə içində qaynar su olan qabı üzərinə aşırıb və nəticədə yanıq xəsarətləri alıb.
Azyaşlı yaxınları tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.