BAKI, 1 aprel — Sputnik. Aprelin 7-də Bakı, Şirvan şəhərlərində və Naxçıvan MR-də yerləşən məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, buraxılış imtahanında iştirak edəcək şagirdlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə imtahana buraxılış vərəqəsini çap edə biləcəklər.
Qeyd edək ki, şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər.
Məlumat üçün əlavə edək ki, buraxılış vərəqəsini çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin "Pop-up blocked" sahəsindən qeyd işarəsi götürülməlidir.
Qeyd edək ki, şəxsiyyəti təsdiq edən sənəddə şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.