BAKI, 31 mart — Sputnik. Rusiyanın Nijni Novqorod şəhərində mənzildə yanğın nəticəsində 5 nəfər ölüb.
Sputnik Azərbaycan-ın RİA Novosti agentliyinə istinadən məlumatına görə, bu barədə Rusiya İstintaq Komitəsinin saytında məlumat yerləşdirilib.
Hadisə martın 30-da səhər saat 09.30 radələrində Nijni Novqorod şəhərinin Strokina küçəsindəki 58 saylı binanın 3 nömrəli mənzilində baş verib. Üç nəfər hadisə yerində ölüb, iki nəfər isə təcili yardım avtomobili ilə aparılan zaman maşında keçinib.
Faktla bağlı araşdırma aparılır.