Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

“Bakı-Tbilisi-Qars”ın iqtisadi səmərəsi nə qədərdir - iqtisadçı açıqladı

© Photo : Facebook / natig.jafarliNatiq Cəfərli
Natiq Cəfərli - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, layihənin iqtisadi səmərəsi haqqında danışdıqda isə üstünlüklər və problemlər də mövcuddur
Natiq Cəfərli: “Bu layihənin siyasi əhəmiyyəti çox böyükdür”

Bakı-Tbilisi-Qars dəmir yolu üzrə ilk dəfə xəttə buraxılan sərnişin qatarı Gürcüstana gəlib. İsveçrənin “Stadler” şirkətinin qatarı bir neçə gün əvvəl İstanbula gəlib və Türkiyədən Gürcüstana İstanbul-Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu üzrə yollanıb.

İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, bu layihənin siyasi əhəmiyyəti çox böyükdür: “Azərbaycan uzun illərdir layihənin reallaşması üçün lobbiçilik və maliyyə dəstəyi göstərirdi. Layihə Azərbaycanın siyasi nüfuzunun və gücünün artmasına səbəb olacaq. Bu layihənin reallaşmasına Azərbaycan rəhbərlik edirdi. Layihənin iqtisadi səmərəsi haqqında danışdıqda isə üstünlüklər və problemlər də mövcuddur. Rəqib marşrutlara üstün gəlmək üçün əsas faktorlara diqqət yetirməliyik. Problemlər aradan qaldırılsa, bu layihənin Azərbaycan iqtisadiyyatına töhfəsi ola bilər”.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili 2019-cu ilin 3-cü rübündə planlaşdırılır.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0