CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xanımın uşaq evindəki rəfiqələri onu “Sən Supersən!” müsabiqəsində necə dəstəklədilər

Abunə olmaq
Bu il Moskvada böyük səhnədə Azərbaycanı təmsil etmək məsuliyyəti uşaq evində tərbiyə alan Xanım Əhmədiyevanın zərif çiyinlərinə düşüb. Onun 2 saylı uşaq evindəki rəfiqələrinin Xanımı necə dəstəklədiyini videomuzda izləyin.

Azərbaycanlı təmsilçi Xanım Əhmədiyeva NTV kanalında yayımlanan “Sən supersən!” layihəsinin super-mövsümünü tərk edib. Əhmədiyeva səhnəyə “Ay qaşı-gözü qara qız” xalq mahnısı ilə çıxıb. Super-mövsümün münsiflər heyəti – bəstəkar İqor Krutoy, artistlər Aleksey Vorobyov, Diana Arbenina və Yolka – yekdilliklə yaşıl düyməni bassa da, təmsilçimiz nəticədə heç bir komandada yer ala bilməyib.

Rusiyanın NTV telekanalı ilə “Sputnik” Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun “Sən supersən!” layihəsi valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlara bacarıqlarını nümayiş etdirməyə imkan yaradır. "Sən supersən!" layihəsində MDB ölkələrindən, o cümlədən Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna və Estoniyadan uşaqlar iştirak edirlər.

Xəbər lenti
0