BAKI, 30 mart — Sputnik. Bakıda gənc oğlan bıçaqlanıb.
Sputnik Azərbaycan-ın ONA-ya istinadla xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib.
Belə ki, Səməd Vurğun küçəsində 1999-cu il təvəllüdlü Vəliyev Kənan Zahid oğlu, özünün dediyinə görə, tanımadığı şəxs tərəfindən bıçaqlanıb. O, 1 saylı Xəstəxanaya yerləşdirilib.
Fakt Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırılır.