BAKI, 29 mart - Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İnsan hüquqları komitəsinə yeni üzvün seçilməsi məsələsinə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, deputat Naqif Həmzəyevin komitəyə üzvlüyü təsdiq edilib.
Qeyd edək ki, Naqif Həmzəyev 2015-ci ildə 38 saylı Nizami (Gəncə) İkinci seçki dairəsindən beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
O, həmçinin Ukrayna-Azərbaycan parlamentlarası dostluq qrupunun üzvüdür.