Milli Məclisin plenar iclası keçirilir

© Sputnik / Murad OrujovЗдание парламента Азербайджанской Республики
Здание парламента Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
İclasda 25 məsələyə baxılacaq

BAKI, 29 mart — Sputnik. Bu gün Milli Məclisin plenar iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 25 məsələ daxil edilib.

İlk olaraq Milli Məclisin İnsan hüquqları komitəsinin üzvünün seçilməsi məsələsinə baxılacaq. 

Здание парламента Азербайджанской Республики - Sputnik Azərbaycan
Milli Məclis hökumətin hesabatını qəbul edib

"Ümumi təhsil haqqında", "Mediasiya haqqında", "Azərbaycan Respublikasının Prezidenti və Belarus Respublikasının Prezidentinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Azərbaycan Respublikasının 1992-ci il 27 may tarixli 142 nömrəli Qanununun ləğvi barədə", "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında" Azərbaycan Respublikasının 1993-cü il 19 yanvar tarixli 460 nömrəli Konstitusiya Qanununun ləğvi barədə" qanun layihələrinə baxılacaq.

"İpoteka haqqında", "Sığorta fəaliyyəti haqqında", "Telekommunikasiya haqqında" "Hesablama Palatası haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında", "Dövlət rüsumu haqqında", "Təhsil haqqında", "Peşə təhsili haqqında" qanunlarda dəyişikliklər müzakirəyə çıxarılacaq.

"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında", "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında", "Həmkarlar ittifaqları haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" və digər qanunlarda, İnzibati Xətalar, Cinayət, Mülki Prosessual, Vergi, Əmək, Cəzaların İcrası məcəllələrinə dəyişikliklər müzakirə ediləcək.

Xəbər lenti
0