"ABŞ-ın Suriyadan çıxmasına dair konkret planı yoxdur" - Çavuşoğlu

© Sputnik / Murad OrujovГлава МИД Турции Мевлют Чавушоглу
Глава МИД Турции Мевлют Чавушоглу - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidenti Donald Tramp qoşunların Suriyadan çıxarılması haqqında sərəncam imzalayıb

BAKI, 29 mart — Sputnik. Rəsmi Vaşinqtonun Suriyadan hərbçilərini çıxarmasına dair aydın planı yoxdur. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu bu gün rusiyalı həmkarı Sergey Lavrovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Suriyanın ərazi bütövlüyünün saxlanılması məsələsinə gəldikdə bizim mövqeyimiz aydındır. Biz bunu açıq bəyan edirik. Birləşmiş Ştatların qoşunların çıxarılmasına dair qərarından sonra... sadəcə strategiyası yoxdur. ABŞ-ın tədbirlər planı yoxdur. Bununla bağlı isə bir-birinə zidd fikirlər var", - deyə Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, 2018-ci il dekabrın 24-də ABŞ prezidenti Donald Tramp qoşunların Suriyadan çıxarılması haqqında sərəncam imzalayıb. Ağ Ev tərəfindən qoşunların çıxarılması barədə bəyanat verildikdən sonra ABŞ müdafiə naziri Ceyms Mettis və ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqerq istefaya gedib.

Xəbər lenti
0