BAKI, 29 mart - Sputnik. Bakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Sputnik Azərbaycan ONA-ya istinadla xəbər verir ki, hadisə axşam saatlarında Nərimanov rayonunda olub.
Metronun Gənclik stansiyasının yaxınlığında BakuBus MMC-yə məxsus 13 nömrəli marşut xətti üzrə hərəkət edən "İveco" markalı sərnişin avtobusu "Mercedes" markalı avtomobillə toqquşub.
Nəticədə avtobusda olan sərnişinlər - 1978-ci il təvəllüdlü Rzayev Tariyel Əlisərdar oğlu və 1975-ci il təvəllüdlü Hacıyev Rövşən Məmməd oğlu müxtəlif bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, T.Rzayev sınıq xəsarətləri aldığından reanimasiya şöbəsinə yerləşdirilib.
Fakt Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırılır.