Türkiyənin ABŞ-dan almaq istədiyi qırıcılar yararsız çıxdı

© Photo : Senior Airman Colby L. Hardin/U.S. Air Force photo via APQırıcı
Qırıcı - Sputnik Azərbaycan
Abunə olmaq
Bu tip təyyarələrin kiberhücumdan müdafiə səviyyəsi o qədər də yüksək deyil

BAKI, 28 mart — Sputnik. Birləşmiş Ştatlar istehsalı olan "F-35" tipli qırıcılar hərbi əməliyyatların aparılması üçün uyğun deyil. Sputnik Azərbaycan "Vif"-ə istinadən xəbər verir ki, bu nəticəyə Birləşmiş Ştatların qeyri-hökumət təşkilatı olan "Project On Government Oversight" (POGO) gəlib.

Су 30 МКИ təyyarələri - Sputnik Azərbaycan
RUSİYA
Rusiya səmasında iki qırıcı təyyarə toqquşub

Ekspertlər vurğulayıb ki, "F-35" tipli qırıcılar azömürlü konstruksiyaya, aşağı atış dəqiqliyə malikdir. Həmçinin bu tip təyyarələrin kiberhücumdan müdafiə səviyyəsi o qədər də yüksək deyil. 

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə "S-500" zenit raket komplekslərinin alınmasına dair müqavilənin bağlanmasını istisna etməyib. Türkiyə lideri vurğulayıb ki, "S-400" zenit raketləri ilə bağlı müqavilə artıq bağlanıb və geri addım atıla bilməz.

"Hər şey razılaşdırılıb - kredit şərtlərindən birgə istehsala qədər. İmzalar atılıb, geri addım atıla bilməz. Bu, əxlaqsızlıq olardı. Ümid edirəm ki, biz "S-400"-ün ilk partiyasını iyulda alacağıq. Ola bilsin ki, "S-400"-lərdən sonra biz "S-500"-lərlə bağlı variantları nəzərdən keçirdik" - Ərdoğan bildirib.

Xatırladaq ki, martın 6-da ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib. Belə ki, Birləşmiş Ştatlar, Rusiyadan "S-400" alarsa, Türkiyəyə sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino Türkiyənin Rusiyadan "S-400" almasına münasibət bildirib. O, ABŞ-ın "S-400" məsələsində mövqeyinin dəyişmədiyini və Türkiyənin Rusiyadan bu sistemləri almaq cəhdinin ABŞ-ı ciddi şəkildə narahat etdiyini dilə gətirib.

"Havadan müdafiə sistemi məsələsində Türkiyə ilə bərabər işləməyə hazırıq və Türkiyənin qiymətləndirməsi üçün "Patriot" və digər sistemləri təklif edirik. Türkiyənin "S-400" alması Ankaranın "F-35" qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan əlavə, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək" - amerikalı sözçü vurğulayıb.

Xəbər lenti
0