BAKI, 28 mart — Sputnik. Türkiyə 2009-cu ildən bu yana silah-sursat ixracatını 1.7 dəfə artırıb. Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, məsələ ilə bağlı Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) hesabat yayıb. İnstitutun araşdırmaçılarından olan Piter Veizman (Pieter Wezeman) Türkiyənin silah ixracatı ilə bağlı detallı hesabatı "Axşam" qəzetinin əməkdaşı Gökhan Ertaşa təqdim edib.
Hesabata əsasən, Azərbaycan Türkiyədən ən çox silah-sursat alan ölkələr arasındadır. O, Türkiyədən silah alan ölkələrin siyahısına başçılıq edir. Azərbaycan qardaş ölkədən 35 ədəd "Kobra", 37 ədəd "Shorland", 30 ədəd "T-107 ÇNRA", 40 ədəd "T-122/300 ÇNRA", 20 ədəd "T-300 ÇNRA", 108 ədəd "TRG-300 Kaplan" raket, 25 ədəd SOM raketi alıb.
Bəhreyn Türkiyədən 73 ədəd ARMA, 170 ədəd "Kobra", Banqladeş 22 ədəd "Kobra", 20 ədəd "Kobra-2" alıb. Birləşmiş Ərəb Əmirlikləri 700 ədəd "Rabdan" Zirehli Döyüş Texnikası (ZMA), 3 ədəd "T-300 ÇNRA", 1000 ədəd CİRİT Hava-Quru raketi əldə edib.
Türkiyədən silah və hərbi texnika alan ölkələr sırasında Burkina Faso (60 ədəd "Kobra"), Filippinlər (6 ədəd AIFV-APC, Zirehli Personal Daşıyıcı), Gürcüstan (70 ədəd "Əjdər", 2 ədəd MRTP-33 Sürətli Hücum Gəmisi), Çernoqoriya (1 ədəd "Kobra") da var.
Qətər qardaş ölkədən 3 ədəd MRTP-33 Sürətli Hücum Gəmisi, 342 ədəd "Əjdər" Zirehli Personal Daşıyıcı, 35 ədəd "Amazon" Zirehli Personal Daşıyıcı, 6 ədəd "Bayraqdar-2", 8 ədəd MRTP-24 Sürətli Hücum Gəmisi, 50 ədəd "Kirpi-2" Zirehli Personal Daşıyıcı, 214 ədəd NMS Zirehli Personal Daşıyıcı alıb.
Qazaxıstan (47 ədəd "Kobra"), Kolumbiya (38 ədəd HY1-12 120mm Yivli Havan), Kosovo (10 ədəd "Kobra"), Küveyt (40 ədəd "Əjdər"), Makedoniya (1 ədəd "Kobra") Mavritaniya (12 ədəd "Kobra"), Özbəkistan (24 ədəd "Əjdər Yalçın", Zirehli Personal Daşıyıcı), Ruanda (76 ədəd "Kobra") da Türkiyədən silah-sürsat alan ölkələr sırasındadır.
Malayziya Türkiyədən xeyli adda hərbi texnika alan ölkələr arasındadır. Onun aktivində türk texnikalarından 89 ədəd "Pars" Zirehli Personal Daşıyıcı, 46 ədəd "Pars-25" Zirehli Döyüş Maşını, 8 ədəd ACV-S Zirehli Personal Daşıyıcı, 28 ədəd AIFV Zirehli Döyüş Maşını, 20 ədəd AIFV-APC Zirehli Personal Daşıyıcı, 122 ədəd "Pars-30" Zirehli Döyüş Maşını var.
Misir Türkiyədən 6 ədəd MRTP-20 Sürətli Hücum Gəmisi alıb. 2011-2012-ci illərdə Misirə verilən bu silahlar 2013-cü ildə həyata keçirilən dövlət çevrilişindən sonra rəfə qaldırılıb.
Pakistan Türkiyədən hərbi təyyarə və helikopter alan yeganə ölkədir. Onun ordusunda türk silahlarından 72 "Panter" 155mm Yivli Havan, 4 ədəd MilGem, 34 ədəd T-37B təlim təyyarəsi, 24 ədəd ASELPOD Hədəfləmə Sistemi, 30 ədəd T-129 Hücum helikopteri var.
Türkiyədən hərbi texnika alan ölkələr arasında Rusiya da var. Rusiya qardaş ölkədən 2 ədəd hərbi yükdaşıyan gəmi alıb.