Qadın bir ay ərzində 3 uşaq dünyaya gətirib - Möcüzə

CC0 / Laurie Ludes / pregnantБеременная женщина. Архивное фото
Беременная женщина. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Ananın və körpələrinin səhhətinin yaxşı olduğu bildirilir

BAKI, 28 mart — Sputnik. Banqladeşli qadın bir ay ərzində 3 uşaq dünyaya gətirib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, bir oğlan övladını dünyaya gətirdikdən 26 gün sonra Arifə Sultan adlı qadının qarnında yenidən ağrılar yaranıb.

20 yaşlı qadın həkimə müraciət etdikdə isə, bətnində daha iki körpənin olduğunu öyrənib. Qadın dərhal qeysəriyyə əməliyyatına salınıb.

Ananın və körpələrinin səhhətinin yaxşı olduğu bildirilir. Həkimlər belə bir hadisə ilə ilk dəfə qarşılaşdıqlarını deyərək körpələrin səhhətinin normal olmasını bir möcüzə adlandırıblar.

Xəbər lenti
0