BAKI, 28 mart — Sputnik. İnternetdə Suriyanın Hələb aviazərbələrdən sonra baş verənləri əks etdirən kadrlar yayımlanıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Suriya tərəfi aviazərbələrin İsrail Hərbi Hava Qüvvələri tərəfindən endirildiyini bildirib.
Görüntülərdə yanan binalar, silahların partlaması səsləri eşidilir.
Aviazərbələr ötən gün gecə saatlarında həyata keçirilib. Aviazərbələrə mülki aeroport, yaxınlıqda yerləşən Cibrin yaşayış məntəqəsi, həmçinin Şey Nədcar sənaye zonası məruz qalıb.
Aviazərbələr nəticəsində binalar dağılıb, şəhərə elektrik verilişi dayandırılıb.
İsrail hərbçiləri, hələlik məsələni şərh etmirlər.