BAKI, 28 mart — Sputnik. Danimarka alimləri hamilə qadınlar üçün gecə növbəsi işlərinin təhlükələrini araşdırıblar.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırmada 22 min 774 hamilə qadın iştirak edib. Məlum olub ki, hamiləliyin 8-ci həftəsindən sonra axşam saatlarında çalışan hamilə qadınlarda uşaq düşməsi halları 56 faiz daha çox olur.
Bununla əlaqədar alimlər məsləhət görüb ki, hamiləlik dövründə bu kimi halların baş verməsinin qarşısının alınması üçün qadınlar dölün vəziyyətinə və iş saatlarına diqqət yetirməlidirlər.