SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərəb dövlətləri niyə ABŞ-a etiraz edə bilmir - Politoloq şərhi

Abunə olmaq
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu deyir ki, bu məsələdə də fikir birliyi yoxdur
Elxan Şahinoğlu: “Bir neçə dövlət də Colan yüksəkliklərini İsrailin ərazisi kimi qəbul edəcək”

“ABŞ İsrailin Colan yüksəklikləri üzərində suverenliyini tanımaqla, yenidən beynəlxalq hüquqa etinasızlıq edib. Bu, regiondakı gərginliyi daha da gücləndirməklə yanaşı, Yaxın Şərqdə sülh istiqamətində göstərilən səyləri əngəlləyəcək”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində yazıb.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, bu qərara qədər də Türkiyə-ABŞ münasibətləri soyuq və gərgin idi: “Beynəlxalq təşkilatlar, o cümlədən bir sıra dövlətlər də ABŞ-ın bu qərarını pisləyirlər. Ancaq biz görürük ki, bu məsələdə də fikir birliyi yoxdur. Ərəb dövlətləri hələ də səslərini çıxarmırlar. Düşünürəm ki, ABŞ-ın ardınca bir neçə dövlət də Colan yüksəkliklərini İsrailin ərazisi kimi qəbul edəcəklər”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp vaxtilə işğal olunmuş və uzun illərdir mübahisəli sayılan daha bir ərazinin İsrailə verilməsi barədə qərar qəbul edib. Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahunun iştirakı ilə yəhudi dövlətinin beynəlxalq hüquqla Suriyanın ərazisi hesab olunan Colan yüksəklikləri üzərində suverenliyini tanınmasına dair sənədə imza atıb.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0