BAKI, 28 mart — Sputnik. Türkiyənin Antalya şəhərində martın 29-u Rusiya və Türkiyənin xarici işlər nazirləri – Sergey Lavrov və Mövlud Çavuşoğlunun sədrliyi ilə strateji planlaşdırılma üzrə birgə qrupun iclası keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Rusiya XİN təmsilçisi qeyd edib ki, Sergey Lavrov və Mövlud Çavuşoğlu terrorizmlə mübarizə sahəsində əməkdaşlıq, Yaxın Şərq, Şimali Afrika, Cənubi Qafqaz, Mərkəzi Asiya, Ukraynadakı vəziyyət və Qara dəniz regionunda vəziyyət də daxil olmaq olmaqla beynəlxalq və regional məsələləri müzakirə edəcəklər.
Zaxarova vurğulayıb ki, nazirlər ikitərəfli ticari-iqtisadi əlaqələrini inkişaf etdirilməsinə, həmçinin "Akkuyu" AES və "Türk axını" qaz kəməri də daxil olmaqla energetika sahəsində birgə strateji layihələrin reallaşdırılması məsələsinə xüsusi diqqət ayıracaq.