Yəhya Babanlı: “Fotonun müzakirəsi ucuz şoudur”

© REPORTYəhya Babanlı
Yəhya Babanlı - Sputnik Azərbaycan
Abunə olmaq
“Yaxşı olardı ki, Yəhya Babanlını deyil, həyatını təhlükəyə ataraq özünü alovların içinə atan yanğınsöndürənlərin fotoları müzakirə edilsin"

BAKI, 27 mart — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı yanğın fonunda çəkilmiş foto ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verib.

O bildirib ki, bu kimi məsələlərin qabardılması ucuz şoudan başqa bir şey deyil.

"Hansısa jurnalist yanımda durub, gülərək foto çəkdirirsə, bunun günahı məndə deyil. Bizim işimiz vətəndaşlara xidmət etməkdir. Vətəndaş bizdən istənilən vəziyyətdə nə istəyirsə, biz problemi həll etməyə çalışırıq ki, narazılıq yaranmasın", – deyə Babanlı qeyd edib.

Onun sözlərinə görə, istənilən vəziyyətdə istənilən şəxs, jurnalist onlara yaxınlaşıb məlumat istəyə, foto çəkdirə bilər: "Fotoda yanımda duran şəxs gülürsə, bunun qəbahəti mənə niyə yüklənməlidir? Yaxşı olardı ki, Yəhya Babanlını deyil, həyatını təhlükəyə ataraq özünü alovların içinə atan yanğınsöndürənlərin fotoları müzakirə edilsin".

Xatırladaq ki, dünən sosial şəbəkələrdə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlının yanmış ticarət mərkəzi "Diqlas"-ın qarşısında bir jurnalistlə çəkilmiş fotosu geniş müzakirələrə səbəb olub.

Xəbər lenti
0