BAKI, 27 mart — Sputnik. Xəbər verdiyimiz kimi, ötən gün paytaxtın Nizami rayonu ərazisində yerləşən "Diqlas" ticarət mərkəzində güclü yanğın baş verib. Yanğın nəticəsində xəsarət alanlar olub.
Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin hadisədə ümumilikdə 13 nəfər xəsarət alıb. Məlumata görə, onların səkkizi Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarıdır.
"Xəsarət alanlardan biri polis, ikisi ticarət mərkəzinin mühafizə xidmətinin əməkdaşı, digər iki nəfər isə sahibkardır. Xəsarət alan FHN əməkdaşlarından biri Sabunçu xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardımdan sonra FHN-in əməkdaşı evə buraxılıb. Artıq xəstəxanada heç bir xəsarət alan xəstə qalmayıb" - deyə SN-dən bildirilib.