BAKI, 27 mart — Sputnik. Venesuelanın paytaxtı Karakasda özünü prezident elan edən Xuan Quaydonun avtomobilinə hücum ediblər. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.
"VPI TV" kanalının yayımladığı videoda əks olunur ki, Quaydonun avtomobili küçə ilə gedir, sonra işıqforda dayanan vaxt avtomobilə naməlum şəxs hücum edir. O, avtomobilin qapılarını açmağa çalışır və avtomobilin qapısına təpik vurur. Daha sonra avtomobil yenidən hərəkətə başlayır və küçədə toplaşanlar ona müxtəlif əşyalar atırlar.
Artıq ABŞ-ın dövlət katibi Mayk Pompeo baş verənlərə öz etirazını bildirib.
Xatırladaq ki, yanvarın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya və Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.
Yanvarın 26-da Almaniya, Fransa, İspaniya, daha sonra Böyük Britaniya və Niderland 8 gün ərzində Venesuelada yeni seçkilər keçirilməcəyi təqdirdə, Quaydonu müvəqqəti prezident kimi tanıyacaqlarına söz verib.
— VPItv (@VPITV) 26 марта 2019 г.
Fevralın 1-də Quaydo bəyan edib ki, Venesuelada hakimiyyət dəyişikliyi bu ölkənin ən böyük kreditorları olan Çin və Rusiyanın da xeyrindədir. Onun fikrincə, Bolivar Respublikasının qanuni prezidenti Nikolas Maduro heç kimin maraqlarını qoruya bilmək iqtidarında deyil.