CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Moskvalı tələbələr Bakıda, yaxud da rusiyalıların qeyri-adi sərgüzəştləri

© © Serafim Mixaylov tərəfindən təqdim olunubMixail Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutunun tələbələri
Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutunun tələbələri - Sputnik Azərbaycan
Abunə olmaq
Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutunun bir neçə tələbəsi ilk dəfə Bakıda olublar və buradan inanılmaz təəssüratlarla ayrılıblar

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 27 mart — Sputnik. Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutunun bir neçə tələbəsi ilk dəfə Bakıya səfər edib. Onlar Bakının gözəlliyinə və arxitekturasına heyran olublar. Şəhərin görməli yerlərinin ziyarət ediblər və Azərbaycan yeməklərinin dadına baxıblar. Asiya və Afrika ölkələri İnstitutunun tarix bölməsinin tələbəsi Serafim Mixaylov Sputnik Azərbaycan-a müsahibəsində bu səfərlə bağlı ətraflı məlumat verib.

Tələbələr Bakıya martın 21-də gəliblər və üç gün burada qalıblar. Onlar üçün ekskursiyaçı və mini-avtobus ayrılıb. Tələbələrin cədvəli çox sıx tərtib olunub və hər dəqiqəyə qənaət etməli olublar. Onlar səfərlərinin ilk günü otelə yerləşəndən dərhal sonra "Şirvanşah" restoranına gediblər. Onları təkcə Azərbaycan mətbəxinin inciləri olan yeməklər və içkilər deyil, həm də diqqətlə bərpa edilmiş qədim tikililər və şərq əzəmətinin inanılmaz atmosferi təəccübləndirib.

© © Serafim Mixaylov tərəfindən təqdim olunubMixail Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutunun tələbələri
Moskvalı tələbələr Bakıda, yaxud da rusiyalıların qeyri-adi sərgüzəştləri - Sputnik Azərbaycan
Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutunun tələbələri

"Biz birinci gün Şəhidlər Xiyabanını ziyarət etdik. Gidimiz Vəfa xanım bizimlə burada dəfn olunmuş günahsız və qəhrəman qurbanların tarixçəsini bölüşdü. Müşahidə platformasında biz ilk dəfə olaraq parlaq Bakı gecələrini, paytaxtın göbəyində vüqarla dayanmış, onun vizit kartı olan Flame Towers-i gördük. Bu peyzaj və onun kölgəsi uzun müddət gözümüzün qabağından getməyəcək" - deyə Mixaylov şövqlə bildirib.

Səfərin ikinci günü – martın 22-də tələbələr İçərişəhəri gəziblər, Məhəmməd məscidini, Şirvanşahlar saray kompleksini ziyarət ediblər. Onlar burada Azərbaycan tarixi və o zamanların saray adət-ənənələri barədə maraqlı məlumatlar əldə ediblər. Saraydakı daşların üzərinə həkk olunmuş müxtəlif dillərdə - ərəb, ivrit, fars və s. olan yazılar onların böyük marağına səbəb olub. Onlar həmçinin Azərbaycanın və Bakının mirvarisi olan Qız qalasını ziyarət ediblər. Burada onların gözü qarşısında günəşlə haşiyələnmiş panorama açılıb.

"İçərişəhər açıq səma altında əbədi sənət sərgisidir. Burada yaşayan rəssamlar öz yaradıcılıq güclərini Bakı küçələrindən alırlar və onları öz əsərlərində təcəssüm etdirirlər. Biz buradakı iki rəssamlıq emalatxanasında olduq. Onlardan biri müasir tendensiyaları ehtiva edən şəkillərlə dolu idi və ziyarətçilərin gələcəkdə kim olacağı barədə arzularını əks etdirirdi. İkincisi isə bir ev idi. Onun iç və xarici divarları çox mürəkkəb və təsəvvürə gəlməz dərəcədə orijinal məzmunlu gil plitələrlə örtülmüşdü" - deyə Mixaylov heyranlığını gizlədə bilmir.

© © Serafim Mixaylov tərəfindən təqdim olunubMixail Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutunun tələbələri
Moskvalı tələbələr Bakıda, yaxud da rusiyalıların qeyri-adi sərgüzəştləri - Sputnik Azərbaycan
Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutunun tələbələri

Tələbələr həmçinin şəhərin mərkəzini gəziblər, bayram yarmarkalarında olublar, buradakı ənənəvi Novruz şirniyyatlarını dadıblar, Xalça muzeyini ziyarət ediblər. Daha sonra isə onlar Bakı həyətlərinə ekskursiya ediblər.

"Gidimiz bizi sovet qəsəbələrinə, Hacı Zeynalabiddin Tağıyev tərəfindən tikilmiş bitki örtüklü evlərin həyətlərinə, sənaye məhəllələrinə apardı. Biz hətta bu binaların sakinlər yaşayan yerlərinə getdik, onlarla söhbətləşdik. Bu mühit möhtəşəm və inanılmaz idi. Onların birində biz hətta bir filmin çəkiliş qrupuna rast gəldik. Onlar bizə ekranlarda "Gilas səbəti" komediyasını gözləməyi tövsiyə etdilər. Və bütün bunlar müasir dinamik şəhərin mərkəzində baş verirdi. Biz Bakının sirrli yerlərini ziyarət etdik və bu, bizim bu şəhərlə əlaqəmizi daha da gücləndirdi" - deyə Mixaylov bildirib.

Tələbələr həyətlərdən birində Qafqaz rəqsləri öyrədən rəqs məktəbinə gedib çıxıblar. Yarım saat sonra onların hər biri artıq Qafqaz rəqslərini ifa etməyi bacarıblar.

Səfərin üçüncü günündə tələbələr dəniz sahilini və Heydər Əliyev Mərkəzini ziyarət edib. O, qonaqları təkcə öz tikilişi ilə deyil, həm də sərgi materiallarının orijinallığı ilə valeh edib. Mixaylovun sözlərinə görə, XX əsrin Rus təsviri sənətinin sərgisini görmək onlara xoş təsir bağışlayıb. Tələbələr burada həmçinin böyük Heydər Əliyevin həyat yolu və onun güclü Azərbaycanı qurmaq istiqamətində göstərdiyi önəmli fəaliyyəti ilə tanış olublar.

Rusiyalı tələbələrə Atəşgahı da ziyarət etmək nəsib olub. Orada onlara Azərbaycanda zərdüştiliyin tarixindən və bu məbədin necə tikildiyindən danışılıb. Daha sonra onlar "Qala" muzey-qoruğuna gediblər. Burada beş min il əvvəl yaşayan insanların qazıntılar nəticəsində aşkarlanmış və yenidən inşa edilmiş yaşayış məskənləri arasında dolaşaraq, onların adət-ənənələri haqqında çox şey öyrəniblər.

© © Serafim Mixaylov tərəfindən təqdim olunubMixail Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutunun tələbələri
Moskvalı tələbələr Bakıda, yaxud da rusiyalıların qeyri-adi sərgüzəştləri - Sputnik Azərbaycan
Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutunun tələbələri

Onlar üçün gözlənilməz olan kiçik bir zooparka gəlib çıxıblar və burada ilk dəfə canlı surətdə at və dəvə görüblər, onları yemləyiblər.

Mixaylov Bakı təəssüratlarını qısaca belə ifadə edib: "Bakı səmimi və mehriban insanları olan çox isti bir şəhərdir. Memarlıq müasir olmağa meylliliyi ilə yanaşı, Şərq motivlərinin möhtəşəmliyini də qoruyur. Ənənəvi azərbaycanlı yeməkləri və içkilər uzun müddət bizim mədələrimizi Moskva yeməklərinə laqeyd qalmağa vadar edəcək. Buradakı tarix və sənət təkcə ağır mühafizə altında olan muzeylərin divarları arasına qapılaraq qalmır, həm də qonaqları əhatə edir və bura gələnlərin düşüncələrini öz əsarəti altına alır".

Bir sözlə, tələbələr Bakıdan razı və yaxşı dincəlmiş şəkildə ayrılıblar. Serafim Mixaylov və onun tələbə yoldaşları səbirsizliklə Azərbaycana növbəti səfərlərini gözləyirlər ki, bura haqqında daha çox şey öyrənsinlər.

Xəbər lenti
0