BAKI, 27 mart — Sputnik. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin rəisi, polkovnik Arif Vaqif oğlu Babayev “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Prezident İlham Əliyev martın 27-də Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, martın 28-i Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyidir.