CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Böyük Dayaq” filminin çəkildiyi evə səyahət

Abunə olmaq
1962-ci ildə çəkilmiş “Böyük Dayaq” filminin əsas hissəsi Tovuz rayonunda lentə alınıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri filmin çəkildiyi evi ziyarət edərək, çəkilişin canlı şahidləri ilə tanış olub.

Film hazırda rayonun Əhməd Cavad küçəsi 122 ünvanında yerləşən, bir vaxtlar Bəhram Məmmədovun sahib olduğu evdə çəkilib. Rejissorun 60-cı illər kolxoz sədrlərinin evlərində görmək istədiyi detalları araması onu paytaxtdan 400 km uzağa, Tovuz rayonuna gətirib. Və o, xırda dəyişikliklər apararaq filmin burada çəkilməsinə qərar verib.

Çəkilişlərin canlı şahidi, 68 yaşlı rayon sakini Elbrus Aslanov müxbirimizə bir çox səhnələrin çəkildiyi yerləri göstərib, evin tarixçəsindən danışıb.

Maraqlısı odur ki, əsərin müəllifi Mirzə İbrahimov, sanki çəkilişlərin aparıldığı “Nizami” kolxozunun gələcək tarixini qələmə alıb. Aslanov deyib ki, həmin vaxt oranın real sədri Məmmədəli Əliyev idi: “Filmdə baş verən hadisələr sonra eynilə kolxozda da təkrarlanmağa başladı. Sonda sədr qoyun fermasında olan çatışmazlıqlar səbəbindən həbs edildi”.

Xəbər lenti
0