BAKI, 26 mart - Sputnik. Bakıda ticarət mərkəzində baş verən yanğın zamanı, ümumilikdə 11 nəfər xəsarət alıb.
Bu barədə ONA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, xəsarət alanlardan 8 nəfər Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, 2 nəfər mühafizə xidmətinin əməkdaşı, 1 nəfər isə sıravi işçi olub.
FHN əməkdaşlarından biri 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, qalanlarına isə yerində tibbi yardım göstərilib.