CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu qatarlar azərbaycanlıları Türkiyəyə aparacaq

© ADYİkimərtəbəli "Stadler Kiss" sürət qatarları
İkimərtəbəli Stadler Kiss sürət qatarları - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı-Tbilisi-Qars xətti üzrə hərəkət edəcək sərnişin qatarı Gürcüstanda test olunur

BAKI, 26 mart - Sputnik. Bakı-Tbilisi-Qars istiqaməti üzrə hərəkət edəcək “Stadler” şirkətinin ilk sərnişin qatarı Türkiyədən Gürcüstana gəlib.

“Report” xəbər verir ki, Azərbaycan tərəfinin aldığı qatar hazırda Axalkalaki dəmir yolu stansiyasındadır və test rejimində sərnişinlərsiz Gürcüstan dəmir yolları ilə hərəkət edəcək.

Axalkalaki dəmir yolu hissəsində 1 520 metr uzunluqda postsovet dövrüə aid dəmir yolu xətləri Avropa standartlarına uyğun relslərlə birləşdirilib. “Stadler” qatarının hər iki hissəni maneəsiz qət etmək imkanı var.

İsveçrədən hərəkətə başlayan test qatarı Tbilisiyə çatandan sonra Bakıya yola düşəcək.

Qeyd edək ki, BTQ dəmir yolu vasitəsilə sərnişinlərin daşınmasına bu il başlanılması planlaşdırılır.

Xəbər lenti
0