Türkiyə və Rusiya arasında viza rejimi tam ləğv olunur

© REUTERS / Sergei KarpukhinMevlüt Çavuşoğlu - Sergey Lavrov
Mevlüt Çavuşoğlu - Sergey Lavrov - Sputnik Azərbaycan
Abunə olmaq
İki ölkə arasında strateji yaxınlaşma davam edir

BAKI, 25 mart — Sputnik. Türkiyə və Rusiya hökumətləri viza rejiminin aradan qaldırılması üçün danışıqlara başlayıb.

Sputnik Azərbaycan-ın “Naberler”ə istinadla xəbərinə görə, bu barədə xarici işlər naziri Mevlud Çavuşoğlu bildirib. O deyib ki, Rusiya vətəndaşlarının Türkiyəyə vizasız, şəxsiyyət vəsiqəsi ilə gələ bilmələri üçün Moskva ilə danışıqlar aparılır.

Nazirin sözlərinə görə, martın 28-də Rusiya xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi heyətlə Antalyada bu barədə müzakirələr aparılacaq.

Müzakirələrinin davamı aprelin 8-də Moskvada olacaq.

Xəbər lenti
0