Kiçik və orta biznesin inkişafı Azərbaycan iqtisadiyyatının gələcək inkişafı üçün vasitədir. Bunu Trend-ə eksklüziv müsahibəsində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon bildirib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, ölkədə kiçik və orta biznesin xüsusi çəkisi iqtisadi proseslərdə hələ arzuolunan səviyyədə deyil:
“Hazırkı şəraitdə ölkədə kiçik və orta biznesin inkişafı istiqamətində makroiqtisadi tənzimləmə addımları atılmalıdır. Bu ilk növbədə ölkədə həyata keçirilən pul-kredit siyasəti ilə bağlıdır. Yəni, kredit təşkilatlarının, xüsusən də bankların kiçik və orta sahibkarlıq sferasına, ümumilikdə qeyri-neft sektoruna maliyyə resurslarının yönləndirilməsi istiqamətində ciddi addımlar atılmalıdır. Hesab edirəm ki, ölkədə pul-kredit siyasətinin yumşaldılması, Mərkəzi Bankın uçot dərəcəsinin aşağı salınması və kommersiya banklarının passivlərində və aktivlərində islahatlar aparılması lazımdır”.
Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz