CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dəhşətli yanğın evləri kül edə bilər – Yevlaxda təhlükəli vəziyyət yaranıb

© AFP 2023 / ROBYN BECKKaliforniyada yanğın
Kaliforniyada yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Kaliforniya yanğını Azərbaycanda təkrarlana bilər - İnsanların həyatı təhlükədədir

BAKI, 24 mart — Sputnik. Evlərin ətrafı qamışlıqdır. Payızın sonlarında naməlum şəxslər gəlib qamışları yandırır. Həyatımız təhlükədədir.
Sputnik Azərbaycan oxu.az-a istinadən xəbər verir ki, bu barədə Yevlaxın Çənlibel qəsəbəsində yaşayan sakinlər məlumat veriblər.

Пожарники тушат огонь - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda yanğın həyəcanı

Qəsəbə sakini Şahin Kərimovun sözlərinə görə, ətrafda olan çirkab suları evlərin ətrafına yığılaraq, xəstəlik mənbəyi yaradıb:

“Dəfələrlə aidiyyəti qurumlara, icra hakimiyyətinə, su-kanal idarəsinə, rayon təsərrüfat idarəsinə müraciət etmişik. Bizim şikayətimizə baxan yoxdur. Yaşayış evlərinin ətrafını qamışlıq basıb. Yayda üfunətdən evdə oturmaq mümkün deyil.

Evimizin içinə qədər xəstəlik gəlir. Ərazi malyariya xəstəliyinin yuvasına çevrilir. Qamışlıqdan ətrafa yayılan ilan, qurbağa, siçovul sakinlər üçün ikinci bəla olub. Azyaşlı uşaqların həyatı təhlükə qarşısındadır.

Evlərimizin ətrafında yaranan bataqlıq böyüyərək bütün yaşayış massivini əhatəyə alıb. Ərazidən dəmiryolu xətti keçir. Qamışlar o qədər uzanıb ki, elektrik xətlərinə toxunur. Bir yanğın çıxsa, heç kim sağ qalmayacaq. Elə dünən evimizin yanındakı qamışlığı kimsə yandırıb.

Fövqəladə Hallar  Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları gələnə qədər qəsəbə sakinləri yanğını özləri söndürüb. Bu ərazidə yollar bərbad vəziyyətdədir, yanğınsöndürən maşınlar, təcili yardım maşınları belə daxil ola bilmir. 

Qamışlıq ərazidəki evlərdə rütubət yaradaraq mənzillərin hamısını bərbad vəziyyətə salıb. Aidiyyəti qurumlar bizim şikayətlərimizə baxmaq istəmir. Müraciətimizə cavab olaraq bir onu deyirlər ki, dövlət büdcəsində bizim üçün ayrılacaq pul yoxdur”.

Sakinlərin istədiyi isə qəsəbə yollarının düzəldilməsi, kanalizasiya sisteminin qurulması, qamışlıq sahələrin təhlükəsiz şəkildə təmizlənməsidir.

Bayram günləri olduğundan, Yevlax Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamaq mümkün olmayıb.

Xəbər lenti
0