BAKI, 24 mart - Sputnik. Bu gün yerli vaxtla saat 04.37 radələrində İndoneziyanın cənubunda 6,1 maqnitudalı zəlzələ olub.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin ocağı Bitunq şəhərindən 141 km şimal-şərqdə, 37,4 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilmir. Sunami təhlükəsi barədə xəbərdarlıq olmayıb.
Qeyd edək ki, bundan əvvəl yerli vaxtla saat 01.31 radələrində İndoneziyanın Sulavesi adasında 5,4 maqnitudalı zəlzələ olub.