Azərbaycan sərhədi yaxınlığında yüzdən çox adam xəstəxanaya düşdü

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidRusiyada polis və təcili yardım avtomobilləri, arxiv şəkli
Rusiyada polis və təcili yardım avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İnsanlar kütləvi şəkildə zəhərləniblər, səbəb isə sudur

BAKI, 24 mart — Sputnik. Dağıstanın Xasavyurt şəhərində kütləvi zəhərlənmə nəticəsində 104 nəfər kəskin bağırsaq infeksiyası əlamətləri ilə xəstəxanaya düşüb.

Sauna - Sputnik Azərbaycan
Saunada kütləvi zəhərlənmə olub

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, regional Səhiyyə Nazirliyinin saytında xəstəxanaya yerləşdirilənlər atasında 90 uşağın olduğu xəbər verilir.
Onların hamısının vəziyyəti orta ağırlıq dərəcəli hesab edilir. Zəhərlənənlərin hamısına vacib köməklik göstərilir.

Hələlik insanların sudan zəhərləndiyi bilinir. İnfeksiyanın mənbəyi barədə isə dəqiq məlumat yoxdur. Güman edilir ki, yağışlar zamanı Aktaş çayı məcrasından çıxaraq, heyvanların basdırıldığı ərazini batıb. Nəticədə Xasavyurtu içməli su ilə təchiz edən çaya infeksiya düşüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti
0