BAKI, 24 mart — Sputnik. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvota 33 faiz azaldılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabinetinin 18 mart 2019-cu il tarixli qərarı ilə təsdiqlənən “2019-cu il üçün “Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı (kvota)”sına əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvota 2 min 327,6 tondur.
Bu, 2018-ci illə müqayisədə 33 faizə qədər azdır. Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənən “2018-ci il üçün Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı (kvota)”sına əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvota 3 min 455 ton olub.
Eyni zamanda, Azərbaycanda çaylarda və göllərdə balıq və digər su bioresurslarının sənaye ovu üçün kvota kəskin azaldılıb.
Nazirlər Kabinetinin 18 mart 2019-cu il tarixli qərarı ilə təsdiqlənən “2019-cu il üçün “Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı (kvota)”sına əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi istisna ilə, başqa balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvota 141,2 tondur.
Bu, 2018-ci illə müqayisədə 31 faiz azdır. Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənən “2018-ci il üçün Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı (kvota)”sına əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi istisna ilə, başqa balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvota 205,1 ton olub.
Qeyd edək ki, bu su obyektlərinə Kür və Araz çayları, Mingəçevir, Şəmkir, Yenikənd, Varvara və Araz su anbarları, Sarısu və Candar gölləri, Baş Şirvan və Baş Mil-Muğan kollektorları, Dəvəçi limanı və bir sıra rayonlardakı axmazlar daxildir.