AVRO-2020-nin seçmə mərhələsi: Çerışevın dublu, Amsterdamda triller

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidФутбол. Отборочный матч ЧЕ-2020. Казахстан - Россия
Футбол. Отборочный матч ЧЕ-2020. Казахстан - Россия - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Qazaxıstanı darmadağın edib, Almaniya 90-cı dəqiqədə Niderland üzərində qələbə qazanıb, Eran Zahavi isə üç qol vurub.

"C" QRUPU

Niderland - Almaniya 2:3

Hər iki komanda UEFA Millətlər Liqasındakı duellərdən sonra daha bir maraqlı oyun nümayiş etdiriblər. Lakin bu dəfə son gülən Almaniya olub. Birinci hissədə qonaqlar güclü olublar və nəticədə Leroy Sanenin və Serj Qnabrinin qolları ilə hesabda irəli çıxıblar. Ancaq fasilədən sonra niderlandlılar Matteys de Lixt və Memfis Depayın səyləri sayəsində tabloda bərabərliyi bərpa ediblər. Almanların heyətində son sözü 90-cı dəqiqədə Marko Roysun əla ötürməsini soyuqqanlı şəkildə qapıya göndərmiş sağ cinah müdafiəçisi Niko Şultz deyib.

Şimali İrlandiya - Belarus 2:1

87-ci dəqiqədə oyuna daxil olmuş Coş Macennis Peddi MakNerin ötürməsini qola çevirərək Şimali İrlandiyaya qrupda ikinci qələbəni qazandırıb. Bununla da Şimali İrlandiya üç xal fərqi liderliyə yüksəlib.

Müdafiəçi Conni Evansın “ikinci mərtəbə”dən vurduğu qolun sayəsində meydan sahibləri hesabı açıblar. Lakin belaruslular İqor Staseviçin rikoşet zərbəsi ilə status-kvonu bərpa ediblər. Buna baxmayaraq qonaqlar qrupda ilk pilləni tuta bilməyiblər.

"E" QRUPU

Uels - Slovakiya 1:0

Macarıstan – Xorvatiya 2:1

Macarıstan milli komandası qolu birinci buraxıb, lakin rəsmi matçda Xorvatiya üzərində debüt qələbəsini qazana bilib. Ante Rebiç hesabı açıb, lakin Adam Soloyun son 5 matçda milli üçün vurduğu 5-ci qol pariteti bərpa edib. Meydan sahibləri bununla kifayətlənməyib və Mate Patkoyun qolu ilə üç xalı qazanıblar. Bu Patkoyun milli komandada birinci qolu olub.

"G" QRUPU

İsrail - Avstriya 4:2

Qonaqlar Marko Arnautoviçin səyləri ilə hesabı açsa da, İsrail 20 il ərzində ilk dəfə Avstriyanı məğlub edə bilib. İsrailin heyətində Eran Zahavi het-trik edib, Moanes Dabbur isə daha bir qol vurub. Arnautoviç sonda dubla imza atıb, lakin bu, ardıcıl ikinci dəfə məğlub olan qonaqlar üçün sadəcə bir təsəlli olub. Maraqlıdır ki, israillilərə Avstriya tarixində ən yaxşı futbolçulardan biri olmuş Andreas Hersoq məşqçilik edir.

Sloveniya - Şimali Makedoniya 1:1

Polşa - Latviya 2:0

Tablodakı sıfırlar 76-cı dəqiqəyə qədər qalıb. Bundan sonra Robert Levandovski latviyalıların müqavimətini qıraraq Arkadiuş Retsanın ötürməsini başla qapıya göndərib. Beləliklə, “Bavariya”nın ulduz forvardı milli komandada 8 matçlıq qolsuz seriyanı qırıb. Matçda nöqtəni künc zərbəsindən sonra fərqlənən mərkəz müdafiəçisi Kamil Qlik qoyub. İki görüşdən sonra polşalıların aktivində altı xal var. Latviya isə hələ ki, sıfır xal toplayıb.

"I" QRUPU

Qazaxıstan - Rusiya 0:4

Denis Çerışev Nur-Sultanda baş tutmuş matçın əsas qəhrəmanı olub: o, ilk hissədə iki dəfə fərqlənib, fasilədən sonra isə Artyom Dzübaya məhsuldar ötürmə verib. “Valensiya”nın yarımmüdafiəçisi rusların 4-cü uğurlu hücumunda da iştirak edib. Nəticədə Abzal Beysebekov Maqomed Ozdoyevin vurduğu zərbədən sonra topu öz qapısına göndərib.

San Marino - Şotlandiya 0:2

Kipr - Belçika 0:2

Belçika millisi də 2-ci qələbəsini qazanıb. İlk hissədə Eden Azarın və Mişa Baçuayinin qolları sayəsində belçikalılar Nikosiyada qalib gəliblər. “Çelsi”nin hücumçusu “qırmızı şeytanlar”ın heyətində 100-cü matçında 30-cu qolunu vurub.

Xəbər lenti
0