BAKI, 23 mart - Sputnik. Tanınmış meyxana ustası Aydın Xırdalanlı (Aydın Quliyev) 41 yaşında vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə meyxanaçının yaxınları məlumat veriblər.
Səhhətində yaranmış problemlərdən uzun müddət əziyyət çəkən meyxana ustası serrozdan dünyasını dəyişib.
Qeyd edək ki, A.Quliyev 1977-ci ildə Abşeron rayonunun Xırdalan qəsəbəsində dünyaya gəlib. 1995-ci ildən meyxana sənəti ilə məşğul olub. O, 2001-ci ildə ANS telekanalının təşkil etdiyi "De, gəlsin" yarışmasının qalibi olub.