Qazaxıstan paytaxtının adı rəsmən dəyişdi

Abunə olmaq
Yeni president Konstitusiyaya dəyişikliklərin edilməsinə dair sərəncam imzalayıb

BAKI, 23 mart – Sputnik. Qazaxıstanın paytaxtı Astananın adı bundan sonra Nur-Sultan olacaq. Sputnik AzərbaycanRİA Novosti”-yə istinadən xəbər verir ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev şəhərin adının dəyişdirilməsi ilə bağlı Konstitusiyaya dəyişikliklərin edilməsinə dair sərəncam imzalayıb. 

Dariqa Nazarbayeva - Sputnik Azərbaycan
Nursultan Nazarbayevin qızı Qazaxıstanda mühüm posta seçilib

Qeyd edək ki, martın 20-də Qazaxıstan parlamentinin deputatları ikinci oxunuşda Konstitusiyaya dəyişiklik edərək ölkə paytaxtının adının birinci prezident Nursultan Nazarbayevin şərəfinə dəyişdirilməsinə dair dəyişiklikləri qəbul edib.

“Tarixi qərar qəbul edildi” - deyə Qazaxıstan parlamentinin məclisinin (aşağı palata) sədri Nurlan Niqmatulin səsvermənin yekununda bildirib.

Dəyişikliyin edilməsinin təşəbbüskarı Kasım-Jomart Tokayev olub. O, səhər saatlarında and içib, mövcud kursa sadiq qalacağına söz verib və Astananın adının Nursultana dəyişdirilməsini təklif edib.

Yeni prezident, həmçinin Nazarbayevin şərəfinə heykəl ucaldılmasının və bütün vilayət şəhərlərinin mərkəzi küçələrinə onun adının verilməsinin vacibliyini vurğulayıb.

Xəbər lenti
0