AVRO-2020-nin seçmə mərhələsi: İspaniya və İtaliyanın qələbələri

© Sputnik / Elena Rusko / Mediabanka keçidIspaniyalı oyunçu Serxio Ramos Mərakeşlə oyundan əvvəl
Ispaniyalı oyunçu Serxio Ramos Mərakeşlə oyundan əvvəl - Sputnik Azərbaycan
Abunə olmaq
Şənbə günü İspaniya və İtaliya komandaları “AVRO-2020”nin seçmə mərhələsinə qələbə ilə başlayıblar, Gürcüstan və Ermənistan milli komandaları isə məğlub olublar.

“D” QRUPU

Gürcüstan - İsveçrə 0:2

Təxminən bir saat gürcülər İsveçrə millisinin hücumlarının qarşısını alıblar. Qeyd edək ki, İsveçrəlilər yayda UEFA Millətlər Liqasının final mərhələsində oynayacaqlar. 57-ci dəqiqədə hesabı Moskva “ÇSKA”nın keçmiş yarımmüdafiəçisi Stefan Tsuber açıb. Denis Zakaria isə son nəticəni təyin edib.

Cəbəllütariq - İrlandiya 0:1

Cəbəllütariq millisi yaxşı bir sensasiyaya səbəb ola bilərdi, amma irlandlar üç xal toplaya biliblər. Fasilədən az sonra yeganə topu Cef Hendrik vurub.

“F” QRUPU

İsveç – Rumıniya 2:1

Ev sahibləri ilk hissənin 2-ci yarısını əla keçirərək nəticədə 3 xal qazanıblar. 33-cü dəqiqədə hesabı Robin Kvayson açıb, 7 dəqiqə sonra isə “Krasnodar”ın yarımmüdafiəçisi Viktor Klasson 2-ci qolu vurub. Rumınlar yalnız fərqi azalda biliblər - fasilədən sonra Klaudiu Keşeru qol vurub.

Malta - Farer adaları 2:1

Bu oyunda debüt edən Kirian Nvoko Maltanı irəli çıxarıb. 62-ci dəqiqədə meydan sahibləri Andrey Agiusun kənarlaşdırılmasından sonra 10 nəfər qalıblar. Farer adalarının komandası isə hesabı bərabərləşdirmək üçün əla fürsəti əldən verib - Brandur Henriksen 11 metrlikdən qol vura bilməyib. Lakin Malta millisinin oyunçusu Stiv Borq 77-ci dəqiqədə penaltini qola çevirə bilib. Farerlilər əlavə vaxtda Yakup Tomsenin səyləri sayəsində yalnız bir prestij qolu vurmağa nail olublar. 

İspaniya – Norveç 2:1

“Mestaliya”dakı oyunda “Qırmızı furiya” üç xalı çox çətinliklə qazanıb. 16-cı dəqiqədə Rodriqo meydan sahiblərini önə keçirib. İkinci hissənin ortalarında Coşua Kinq penaltidən bərabərliyi bərpa edib. Ancaq son sözü Serxio Ramos deyib. “Real”ın penalti vuranı öz qolu ilə İspaniya millisinə vacib qələbə qazandırıb.

“J” QRUPU

Lixtenşteyn - Yunanıstan 0:2

Vadutsda sensasiya baş tutmayıb – yunanlar seçmə mərhələyə qələbə ilə başlayıblar. 2004-cü ilin Avropa çempionları Kostas Fortunis qolu ilə ilk hissədə irəli çıxıblar. İkinci hissədə isə Anastasios Donis hesabı artırıb.

İtaliya – Finlandiya 2:0

İlk dəfə beynəlxalq arenada fərqlənmiş Nikolo Barella və Moyze Ken Roberto Mançininin komandasına qələbə gətiriblər. 

Udinedəki oyunda hesabı 7-ci dəqiqədə Barella açıb. 74-cü dəqiqədə isə Çiro İmmobilenin ötürməsini “Juventus”un oyunçusu Moyze Ken Lukaş Qradetskinin qapısına göndərib.

Bosniya və Herseqovina - Ermənistan 2:1

Bosniyalılar Rade Kruniçin və Deni Miloşeviçin səyləri ilə hər iki yarıda qol vurublar. Ermənistan millisi yalnız üçüncü əlavə edilmiş dəqiqədə Henrix Mxitaryanın penaltidən dəqiq zərbəsi ilə bir qol vurub.

Xəbər lenti
0