BAKI, 22 mart - Sputnik. Avropanın ilk dənizaltı restoranı Norveçdə istifadəyə verilib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, restoranın dizayneri dünyada bir sıra maaqlı memarlıq abidələri yaradan memar olub.
Məlumata görə, qeyri-adi görünüşü ilə göz oxşayan restoran Nyu-Yorkdakı “11 sentyabr” və Norveçin paytaxtında yerləşən “Opera Muzeyi”nin dizaynını hazırlayan Snoehett tərəfindən dizayn edilib.
Qeyd edək ki, restoranda qiymətlər orta statistik Avropa restoranlarında olduğundan bahadır.