CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Birinci qrup əlillərə də Prezident təqaüdü veriləcək

© Sputnik / Murad OrujovПередача денег из рук в руки
Передача денег из рук в руки - Sputnik Azərbaycan
Abunə olmaq
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara da gələn aydan Prezidentin təqaüdü veriləcək

BAKI, 22 mart - Sputnik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli Sərəncamı əmək pensiyası alan I qrup əlilliyi olan şəxslərə də Prezidentin aylıq təqaüdünün ödənilməsinə imkan verib.

Pulqabında manatlar, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Müharibə əlilləri və onlara bərabər tutulanların sosial müavinət və təqaüdləri artırılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ödənilir.  

© © AR ƏƏSMN-nin mətbuat xidmətiBirinci qrup əlilliyə görə əmək pensiyası alanlara da gələn aydan Prezidentin təqaüdü veriləcək
Birinci qrup əlillərə də Prezident təqaüdü veriləcək - Sputnik Azərbaycan
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara da gələn aydan Prezidentin təqaüdü veriləcək

25 fevral 2019-cu il tarixli Sərəncamla aprelin 1-dən Prezidentin həmin aylıq təqaüdü sosial müavinət alan I qrup əlilliyi olan şəxslərlə yanaşı, əmək pensiyası alan I qrup əlilliyi olan şəxslərə də ödəniləcək.   

Eyni zamanda, həmin təqaüdün məbləği gələn ayın əvvəlindən 73 manatdan 100 manata çatdırılacaq. Bununla yanaşı, I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə də Sərəncamla aprelin 1-dən Prezidentin aylıq təqaüdü (50 manat) veriləcək.

Beləliklə, əmək pensiyası alan I qrup əlilliyi olan şəxsə də sosial müavinət alan I qrup əlilliyi olan şəxs kimi, aprelin 1-dən Prezidentin aylıq təqaüdü kimi 100 manat, həmçinin ona qulluq edən şəxs üçün də Prezidentin aylıq təqaüdü kimi 50 manat ödəniləcək.  

Sərəncam ən həssas kateqoriyalardan olan 577 minədək vətəndaşı əhatə edir ki, onlardan 300 minə qədəri əlilliyi olan şəxslərdir.

Xəbər lenti
0