AVRO-2020-nin seçmə mərhələsi: Pyatovun, Sterlinqin və Fransa millisinin uğurlu günü

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidФутбол. Чемпионат Европы - 2016. Матч Украина - Польша
Футбол. Чемпионат Европы - 2016. Матч Украина - Польша - Sputnik Azərbaycan
Abunə olmaq
Ukrayna Portuqaliya ilə heç-heçə edib, İngiltərə Çexiya millisinin daşını daş üstə qoymayıb, fransızlar isə Moldova komandasını darmadağın ediblər.

“A” QRUPU

Bolqarıstan - Monteneqro 1:1

İngiltərə - Çexiya 5:0

Rahim Sterlinqin “het-trik”i İngiltərə komandasına "Uembli"də asan qələbə qazandırıb. “Mançester Siti” klubunun hücumçusu ilk hissədə hesabı açıb, Hari Keyn isə penaltidən komandasının ikinci qolunu vurub. Fasilədən sonra Sterlinq daha iki qol vurub. Sonda çexiyalı Tomas Kalas topu öz qapısına göndərib.

“B” QRUPU

Portuqaliya - Ukrayna 0:0

Portuqaliya millisi öz meydanında keçirdiyi son 19 oyunda ilk dəfə qol vurmayıb. Andrey Pyatov milliyə qayıdışından sonra ilk matçında Kriştianu Ronaldunun fərqlənməsinə imkan verməyib. "Yuventus"un ulduzunun zərbələrindən savayı "Şaxtyor"un qapıçısı Pepe və Andre Silvanın da təhlükəli hücumlarını da dəf edib.

Lüksemburq - Litva 2:1

Jerson Rodrigesin gözəl qolu Lüksemburqa litvalılar üzərində qələbə qazandırıb. Hesabı Moskva “Dinamo”sundan Fyodor Çernıx açıb. Lakin fasilədən bir qədər əvvəl Barreyru Martinş bərabərliyi bərpa edib və ardından Jerson Rodriges topu litvalıların qapısına göndərib.

“H” QRUPU

Moldova - Fransa 1:4

Oyunun nəticəsini Antuan Qrizmanın ustalığı təyin edib: “AVRO-2016”nın ən sərrast oyunçusu Pol Poqbanın ötürməsindən sonra hesabı açıb. Daha sonra Rafael Varan Qrizmanın gözəl künc ötürməsini qola çevirib. Olivye Jiru və Kilian Mbappe qol fərqini 4-ə çatdırıblar. Vladimir Ambros isə Moldovanın bir “prestij qolu”nu vurub.

Andorra - İslandiya 0:2

Albaniya - Türkiyə 0:2

Xəbər lenti
0